"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.
“Realpress.az” yerli mətbuata istinadən xəbər verir ki, Poznan təmsilçisi Norveçin "Rusenborq" klubundan Pavle Vagiçi transfer edir.
İsveçin U-21 yığmasının da üzvü olan 22 yaşlı oyunçu universallığı ilə seçilir. O, həm müdafiənin mərkəzində, həm də yarımmüdafiə xəttində çıxış edə bilir.
Qeyd edək ki, "Lex" "Qarabağ"a ilk oyununu iyulun 5-də evdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.