Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri rekord nəticə göstərib

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri rekord nəticə göstərib
30 İyun 2022 09:21

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

“Realpress.az”ın məlumatına görə, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçiylə qitə birinciliyinə qatılan Azərbaycan milli komandasının 5 üzvü fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub.

Beləliklə, yığma komandanın qazancı 2 qızıl, 1 gümüş və 2 bürünc medal olub. Azərbaycan 102 xalla komanda hesabında 4-cü yeri tutub. Gürcüstan (141) birinci, Türkiyə (118) ikinci, Ukrayna (103) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, cari qitə birinciliyi də Azərbaycan güləşi üçün rekord nəticə ilə başlayıb. İlk dəfə bu yaş qrupu üzrə çempionatda yunan-Roma güləşində 102 xal toplanılıb. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricisi 99 xal (Dortmund-2021) idi. Bundan əlavə, həm medalların sayına, həm də əyarına görə son 6 ilin ən yaxşı nəticəsi gerçəkləşdirilib.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.