İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə yenə heç-heçə edib

İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə yenə heç-heçə edib
30 İyun 2022 09:26

İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.

“Realpress.az”ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov qara fiqurlarla rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Görüş 37-ci gedişdə "sülh"lə yekunlaşıb - 0,5:0,5. Bu, turun yeganə heç-heçəsi olub. Rəcəbovun Nepomnyaşi ilə ilk dövrədəki oyununda da eyni hesab qeydə alınmışdı.

Qalan oyunların nəticələri:

Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ) - 1:0
Hikaru Nakamura (ABŞ) - Alireza Firuzca (Fransa) - 1:0
Rixard Rapport (Macarıstan) - Dinq Liren (Çin) - 0:1

10 turdan sonra 5,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 - 4-cü yerlərdə qərarlaşıblar.

Bu gün Rəcəbov XI turda ağ fiqurlarla Dudanı sınağa çəkəcək. Eyni zamanda Nakamura - Rapport, Firuzca Nepomnyaşi və Karuana - Liren görüşləri keçiriləcək.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.