Lerikdə “Şuşa ili"nə həsr olunan sərgi təşkil edilib

Lerikdə “Şuşa ili"nə həsr olunan sərgi təşkil edilib
05 İyul 2022 13:39

Lerikdə “Şuşa ili”nə həsr olunan sərgi təşkil edilib.
 Cənub Mərkəzinin verdiyi xəbərə görə, sərgidə mövzu ilə bağlı 100-ə yaxın rəsm əsərləri nümayiş etdirilib. Sərginin keçirilməsində məqsəd rayonda olan istedadlı gənclərin üzə çıxarılması və ictimaiyyətə tanıdılmasına yardımçı olmaqdır.

Rəsm sərgisi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon Gənclər və İdman İdarəsi, YAP Lerik rayon təşkilatı, Lerik Heydər Əliyev Mərkəzi və Lerik Dövlət Rəsm Qaleriyasının tərəfdaşlığı ilə təşkil olunub.

Qeyd edilib ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi daxilində təxminən 6 aydır ki, "Rəsm klubu" fəaliyyət göstərir. Klub daxilində təşkil olunan dərslər peşəkar rəssam Əbdürrəhman Səadətzadə tərəfindən tədris olunan dərslərdən təxminən 20-ə yaxın istedadlı lerikli məktəbli yararlanıb.

Məktəbli gənclər təşkil edilən sərgidə dərslər zamanı "portret çəkilməsi", "natürmort", Gənc istedadların qazandıqları bacarıqları nümayiş etdirmələri üçün imkan əldə ediblər. Sərgidə "Rəsm Klubu"nun üzvlərinin rəsm əsərləri ilə yanaşı lerikli istedadlı gənc rəssamların da rəsm əsərləri nümayiş etdirilib.

Sərgi rayon gəncləri və ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Rəsm əsərləri nümayiş etdirilən gənclər sertifikat və hədiyyələr ilə təltif ediliblər.

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.