Füzulidə yanğın olub

Füzulidə yanğın olub
05 İyul 2022 16:33

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun işğaldan azad edilmiş Aybasanlı kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki quru ot və kol-kos sahədə baş verdiyi və bilavasitə yaxınlıqda yerləşən əkin sahələrinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

  Yanğınsöndürənlər tərəfindən görülən təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına və əkin sahələrinə keçməsinə imkan verilmədən söndürülməsi təmin olunub. Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 25 hektar sahədə quru ot və kol-kos yanıb.


18 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

18 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

18 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

18 Apr 2024
Cəmiyyət

Başlıbel qətliamından 31 il ötür - VİDEO

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.