Daha dörd ölkə DÇ-2030-a namizədliyini irəli sürüb

Daha dörd ölkə DÇ-2030-a namizədliyini irəli sürüb
03 Avq 2022 11:40

Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

“Realpress.az”ın KONMEBOL-un (Cənubi Amerika Futbol Konfederasiyası) rəsmi saytına istinadən məlumatına görə, 2017-ci ildə Uruqvay və Argentinanın başlatdığı kampaniyaya Çili və Paraqvay 2019-cu ildən qoşulub. 92 il əvvəl - Uruqvayda keçirilmiş DÇ-1930-un finalında təşkilatçı ölkə Argentina ilə üz-üzə gəlib və qələbə qazanıb - 4:2.

Qeyd edək ki, daha əvvəl İspaniya və Portuqaliya da DÇ-2030-a namizədliyini verib. İspaniyadan Madrid, Barselona, Sevilya, Malaqa, Bilbao, La Korunya, Xixon, Valensiya, Saraqosa, Las Palmas, Mursiya və San Sebastyan şəhərləri mundialın oyunlarını keçirmək istəklərini ifadə ediblər. İlk iki şəhər hərəyə iki stadion təklif edib. Ona görə də ölkə qarşısında çoxsaylı namizəddən 11-ni seçmək vəzifəsi durur. Portuqaliya isə 3 stadionla təmsil olunacaq. Onlardan 2-si Lissabonda, 1-i Portudadır.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.