12 yaşlı Fərhadın son ümidi sizsiniz - FOTO

12 yaşlı Fərhadın son ümidi sizsiniz - FOTO
09 Avq 2022 11:37


12 yaşlı Fərhad leykozdan əziyyət çəkir.

Bu barədə realpress.az-a Zeynallı Fərhadın anası Zeynalova Mirsələmə məlumat verib.

O qeyd edib ki, oğlu 2016-cı ildən bu xəstəliklə mübarizə aparır.

Fərhad beş il Azərbaycanda müalicə alıb, lakin xəstəlik təkrar özünü büruzə verib:

“Uzun müddətdir, Türkiyədəyik. İki dəfə əməliyyat olunub, ona sümük iliyi köçürülüb. Lakin oğlum daimi olaraq müalicələr almalıdır. Bizə bir kurs müalicə üçün 2000 manat pul lazımdır. Hazırda dərmanlar qəbul etdiyinə görə vəziyyəti yaxşı deyil. Dərmanlar bütün orqanizmini alt-üst edib. Bədəni göyərib, səpgilər əmələ gəlib. Övladımı tanımaqda çətinlik çəkirəm. Heç bir anaya bu hissləri yaşamağı arzu etmirəm”.

Biganə qalmayaq və Fərhada yardım edək.

Yardım etmək istəyənlər 050 823 41 43 (Mirsələm Zeynalova, Fərhadın anası) nömrəsi ilə əlaqə saxlaya və ya bank hesabı vasitəsilə kömək ola bilərlər.


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.