Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə paylaşım edib.
O, bu barədə “Twitter” səhifəsində yazıb:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir.
Türkiye Cumhuriyeti Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan’ın davetlisi olarak geldiğim Konya’da Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev ile çok samimi bir görüşme yaptım. Münasebetlerimizin geliştirilmesi için değerlendirmelerde bulunduk. pic.twitter.com/Rbb7PL3sc9
— Ersin Tatar (@ErsinrTatar) August 9, 2022
18:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.
Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.
17:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.