Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi - YENİLƏNİB + FOTO

Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi - YENİLƏNİB + FOTO
10 Avq 2022 09:45


Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə şam yeməyi verilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və digər rəsmi şəxsləri qarşıladı.

Prezident Rəcəb Tayyib Ərdoğan dövlət, hökumət və nümayəndə heyətləri başçıları ilə söhbət etdi.

Sonra şam yeməyi oldu.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayaraq dedi: “V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu qardaşlıq süfrəsi ətrafında sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Həzrət Mövlanənin şəhəri Konyamıza hamımız xoş gəlmisiniz. Sizin şəxsinizdə İslam dünyasının müxtəlif bölgələrindən Oyunlarda iştirak edən bütün idmançılarımıza və komandalarımıza da “Xoş gəldiniz!” deyirəm.

İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyev və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.

Prezident Rəcəb Tayyib Ərdoğan pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra V İslamiadanın keçirilməsindən məmnunluğunu ifadə etdi, Oyunlara marağın böyük olduğunu vurğuladı. Dünyada gərginliklərin, iqtisadi çətinliklərin yaşandığını, müsəlmanlara qarşı bütün sahələrdə ayrı-seçkiliyin ciddi narahatlıq doğurduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Konyadan bütün dünyaya ötürüləcək qardaşlıq mesajlarının bu ayrı-seçkiliyin qarşısının alınmasına töhfə verəcəyinə əminliyini bildirdi.

Türkiyə Prezidenti bütün komandalara və idmançılara uğurlar arzuladı.


21:41

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də 5-ci İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılacaq digər ölkə liderləri və nümayəndələri ilə şam yeməyində bir araya gəlib.

Ziyafətə, həmçinin Fələstinin Baş naziri Məhəmməd İştiyyə, Albaniyanın Baş naziri Edi Rama, Əlcəzairin Baş naziri Əymən Bin Əbdürrəhman, Beynəlxalq İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti və Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki əl-Feysəl, Küveytin informasiya, mədəniyyət və gənclər naziri Əbdülrəhman Əl Mutairi qatılıb.

Qeyd edək ki, 56 ölkədən 4200 idmançının iştirakı ilə Türkiyənin ev sahibliyi etdiyi 5-ci İslam Həmrəyliyi Oyunlarının açılışı bu gün baş tutacaq.

Mənbə: TRT

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

18 Apr 2024
Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq - FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

18 Apr 2024
Siyasət

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.

17 Apr 2024
Siyasət

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

17 Apr 2024
Siyasət

Filippin prezidenti İlham Əliyevi təbrik etdi

Filippin Respublikasının Prezidenti Ferdinand Markos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.