Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan taekvondoçusu azı bürünc medalı təmin edib.
Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova (46 kq) yarımfinala çıxmaqla buna nail olub.
Yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, dünən Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.