Cəmi altı yaşı olan Anar amansız xəstəliyə qarşı mübarizə aparır - FOTO/VİDEO

Cəmi altı yaşı olan Anar amansız xəstəliyə qarşı mübarizə aparır - FOTO/VİDEO
21 Sent 2022 10:43


Altı yaşlı Anar ağır xəstəliklə mübarizə aparır.

Bu barədə realpress.az-a onun atası Ceyhun Eyvazov məlumat verib.

O bildirib ki, övladı Anar Eyvazov kəskin leykozdan əziyyət çəkir:

“Biz övladımızın xəstəliyini bu ilin may ayında bildik. Elə xəstəliyi öyrənən kimi Belarusa getdik. Əlimizdəki bütün maddi gücü Anarın sağalması üçün sərf etsək də, artıq tükənmişik. Həkimlər tərəfindən qoyulan diaqnoz əsasında Anara ilik nəqli edilməlidir və bunun üçün bizə 130 min dollar vəsait lazımdır. Dama-dama göl olar. Xalqın dəstəyi ilə övladımı sağlamlığına qovuşdura bilərik. Anarın demək olar ki, iştahası yoxdur. Yemək yeyə bilmir”.

Anara kömək etmək istəyən şəxslər (+994 70) 344-19-99 nömrəsi vasitəsilə atası Ceyhun Eyvazov ilə əlaqə saxlaya və ya aşağıdakı bank kartına vəsait köçürə bilərlər.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Anar Eyvazovun ailə üzvü ilə əlaqə saxlanılıb.

Agentliyin açıqlamasında bildirilir:

“Anar Eyvazov leykoz xəstəliyindən əziyyət çəkir. A.Eyvazov hazırda ölkə xaricində müalicə olunur. Vətəndaşa maddi dəstək orada göstərilən tibbi xidmətləri qarşılamaq üçün lazımdır. Agentlik tərəfindən ailəyə bildirilib ki, xəstənin vəziyyəti ilə bağlı Azərbaycanda yerləşən müvafiq tibb müəssisəsində tibbi baxış keçirildikdən sonra rəy verilə bilər”.


29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.