XİN başçısı: “Cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır”

XİN başçısı: “Cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır”
22 Sent 2022 14:23


“Ölkəmizdəki səfirliklərin yüksək standartlarla mühafizə olunmasının təşkili Azərbaycan dövlətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz nümunəsidir”.

Bunu “Real” TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni radikalların xarici ölkələrdə səfirliklərimizə edilən hücumlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, BMT-yə daxil olan ölkələr Vyana Konvensiyasının üzvüdür və bu konvensiyaya əsasən hər bir ölkə xarici diplomatik missiyanı və diplomatların 100 faiz təhlükəsizliyini təmin etməlidir, bu, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biridir:

“Bu kimi təxribat xarakterli addımlar olduqda, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlar olarkən təhlükəsizliyin təmin edilməsi hər bir qəbul edən dövlətin öhdəliyidir. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, onlar özləri qabaqlayıcı tədbirlər görür, bəzi hallarda isə biz həmin ölkələri məlumatlandırırıq və operativ tədbirlər görülür.

Ancaq əfsuslar olsun ki, bəzi hallarda qəbul edən tərəfin reaksiyası və addımları adekvat olmur. Belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları bildirilir. Eyni zamanda, artıq hər hansısa vandallıq, terror məzmunlu hadisələr baş veribsə, onların mütləq şəkildə araşdırılması və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə biz bu gündəliyi davam edirik. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti belə təxribatlar üçün yol açır və onu stimullaşdırır. Bu məsələ nəzarətimizdə saxlanılacaq”, - deyə nazir qeyd edib.

28 Sent 2022
Cəmiyyət

2026-cı ilə qədər azad olunmuş ərazilərə təxminən 66 min sakinin köçürülməsi planlaşdırılır

“2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır”.

28 Sent 2022
Cəmiyyət

Millimizin üzvü Açıq Avropa Çempionatında bürünc medal qazanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Açıq Avropa Çempionatının bürünc medalını qazanıb. 

28 Sent 2022
Cəmiyyət

Bakının bu küçəsi təmir edilir - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 1 400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmirinə başlayıb.

28 Sent 2022
Cəmiyyət

“Son görüşdə uşaqları bərk qoxulayıb, dərindən nəfəs aldı” - Şəhid xanımı ilə MÜSAHİBƏ + FOTO

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

28 Sent 2022
Cəmiyyət

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.