“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real” TV-yə müsahibəsində deyib.
O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir.
C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da çox böyük erməni lobbisi var.
“Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illüziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”, - XİN başçısı bildirib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 615,9 milyon ABŞ dolları təşkil edib.
Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb.