Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO

Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO
22 Sent 2022 15:26


Azərbaycan kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Laçın rayonuna səfəri başlayıb.

realpress.az-ın məlumatına görə, mediatur iştirakçıları öncə Prezident İlham Əliyevin ötən gün baş çəkdiyi və inşası ilə maraqlandığı Laçın Beynəlxalq Hava Limanının iki hissədən ibarət giriş tunelində olublar. Bu tunel yolun 32-ci km-də yerləşir və sayca yeddincidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağdakı layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, uzunluğu 2,4 km olacaq tunelin 350-400 metrlik hissəsi artıq hazırdır:

“Tunel iki hissədən - iki gediş və iki gəliş yolundan ibarətdir. Hər tunelin hündürlüyü səkkiz metr, nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən hündürlüyü isə 5,5 metrdir. Tunellərin eni 12 metr olsa da, burada hərəkət hissəsi səkkiz metrdir. Tunellər bir-birindən 18 metr aralıda yerləşir”.

Ə.Hüseynovun sözlərinə görə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan yaradacaq.

Photostock.az səfərdən fotoreportaj hazırlayıb. 

Daha çox foto burada: Photostock.az


28 Sent 2022
Siyasət

Şuşa mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında aparılacaq bərpa işləri ilə maraqlanıblar.

28 Sent 2022
Siyasət

Şuşada 1 saylı tam orta məktəbin binasının tikintisi sürətlə davam etdirilir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

28 Sent 2022
Siyasət

Prezident və Birinci vitse-prezident Şuşada təmir və bərpa olunan hoteldə görülən işlərlə tanış olublar - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış olublar.

28 Sent 2022
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

28 Sent 2022
Siyasət

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında hər cür şərait yaradılıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.