“Bu fikirlə razıyam ki, pandemiya sona doğru gedir. Çünki yoluxma indeksinin yüksək olması və buna baxmayaraq, ölüm hallarının minimal olması buna işarədir”.
Bu sözləri Manset.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professor hesab edir ki, pandemiya olduğu müddətdə karantin müəyyən səviyyədə qalmalıdır:
“Karantinin sərtləşdirilməsi və ya yumşaldılması epidemioloji duruma bağlıdır. Bir müddətdən sonra yumşalmalara getmək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın bitməsi ilə bağlı elanı ortada olduğu halda karantin tamamilə ləğv ediləcək”.
Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün mətbuata açıqlamasında deyib ki, ölkədə koronavirusa ölüm halları minimal səviyyədədir və buna görə pandemiyanın sonuna doğru getdiyini bəyan edə bilər.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib.
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.
Oxçuçayın sahilində inşa olunan Zəngilan Konqres Mərkəzinin tikilmə anları nümayiş olunub.