“İsmayıllı canavarı”nın qəhrəmanlıq hekayəsi - VİDEO

“İsmayıllı canavarı”nın qəhrəmanlıq hekayəsi - VİDEO
27 Sent 2022 11:44


44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullardan biri də Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı Etibar Şirinovdur. 

O, Birinci Qarabağ müharibəsində döyüşən atasının yolunu davam etdirmək arzusunda olub. İgidliyi ilə dillərə dastan olan Etibar Şirinov böyük Zəfərin də sevincini yaşayıb. 

Elə noyabrın 8-də sonuncu dəfə anası ilə danışıb. “Şuşa azad edilmişdi. Etibar zəng edəndə dedi ki, sabah Bayraq Günüdür, qapıdan bayraq asarsan. Sağollaşdı bizimlə. Dedi, sabah geri qayıdacağam”, - deyə şəhid anası Əfruz Şirinova qeyd edib. İndi İsmayıllı rayonunun İvanovka kəndində böyüyən Etibarların sayı günü-gündən artır. 

“İsmayıllı canavarı” kimi yaddaşlarda qalan qəhrəman artıq tək bir kəndin deyil, bütün el-obanın fəxridir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.