Qarabağ alınsın sonra evlənəcəm deyən XTQ-nin peşəkar snayperi şəhid İbrahim Sadıqlı - VİDEO

Qarabağ alınsın sonra evlənəcəm deyən XTQ-nin peşəkar snayperi şəhid İbrahim Sadıqlı - VİDEO
28 Sent 2022 09:11


Baku TV-nin əməkdaşı Anım Günündə Xüsusi Təyinatlı Qüvvələrin peşəkar snayperi şəhid İbrahim Sadıqlının ailəsini ziyarət edib.

Döyüş yolu Murovdağdan başlayan şəhid Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.

Şəhidin atası Şahin Sadıqovun sözlərinə görə, İbrahimin verdiyi dəqiq koordinatlar sayəsində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib, texnikası sıradan çıxarılıb.

“Hərbi hissə komandiri mənə məktub göndərmişdi və həmin məktubda deyilirdi ki, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və texnikasını sıradan çıxarmış, hərbi əməliyyatların yerinə yetirilməsi zamanı öz həyatını təhlükə qarşısında qoymuş hərbi qulluqçulara verilir. Amma İbrahım həyatını təhlükə qarşısında qoymadı. O da başqa şəhid qardaşları kimi öz həyatını Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması uğrunda qurban verdi”, - deyə o əlavə edib.

Şəhidin anası Zərnigar Sadıqova qeyd edib ki, oğlu torpaqların azad olunmasını bütün arzularından, canından üstün bilib.

Z.Sadıqovanın sözlərinə görə, İbrahimə evlənməsini deyən dostlarına ancaq Qarabağ işğaldan azad edildikdən sonra ailə quracağını deyibmiş.

Daha ətraflı süjetdə:

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.