Bakıda 301 şəhidin ad-soyadı həkk olunan Memorial Kompleksin açılışı olub - FOTO

Bakıda 301 şəhidin ad-soyadı həkk olunan Memorial Kompleksin açılışı olub - FOTO
28 Sent 2022 12:34


Bakıda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksin açılışı olub.

tədbirdə şəhid ailələri, müharibə veteranları, deputatlar, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev deyib ki, Memorial Kompleks Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılıb.

O söyləyib ki, Memorial Kompleksin mənəvi əhəmiyyəti böyükdür:

“Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında - Dərnəgül parkı ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınıb. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində canlarını fəda edən Binəqədi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301 şəhidimizin adı və soyadı həkk olunub. Elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar yer alıb”.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.