Türkmənistandan Türkiyə limanlarına 180 min tondan çox yük daşınıb

Türkmənistandan Türkiyə limanlarına 180 min tondan çox yük daşınıb
28 Sent 2022 16:03

2022-ci ilin yanvar-avqust aylarında Türkmənistandan Türkiyə limanlarına 180 min 380 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə və Türkmənistan bayrağı altında üzən gəmilər Türkmənistandan limanlara yük çatdırmayıb.

Digər ölkələrin bayraqları altında üzən gəmilər isə Türkiyə limanlarına 180 min 380 ton yük çatdırıb.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Türkmənistandan 8 min 803 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyə limanları 33 milyon 443 min 563 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 387 min 410 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 56 min 153 ton olub. Bununla yanaşı, 2022-ci ilin avqust ayında Türkiyə limanlarından 6 milyon 205 min 751 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.