General Bərxudarov Əliyar Əliyevin məzarı önündə - FOTO

General Bərxudarov Əliyar Əliyevin məzarı önündə - FOTO
04 Okt 2022 09:05


Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhid olmasından 30 il keçir.

realpress.az xəbər verir ki, Milli Qəhrəmanın anım günü ilə bağlı onun doğulduğu Qubadlı rayonunun Qazyan kəndində tədbir keçirilib.

Qeyd edək ki, Qubadlı taborunun komandiri Əliyar Əliyev 1992-ci il oktyabrın 3-də Laçın şəhərinin 2 km-liyində yerləşən Tikanlı zəmi yüksəkliyi uğrunda gedən döyüşlərdə sürücüsü Əlisadət Ağayevlə birlikdə şəhid olub. Doğulduğu Qubadlı rayonunun Qazyan kəndində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Qubadlı rayonu 2020-ci ildə Vətən müharibəsində işğaldan azad edildikdən sonra Milli Qəhrəman Əliyar Əliyevin və Əlisadət Ağayevin məzarı bərpa olunub.

Bu gün tələbələri və döyüş yoldaşları Milli Qəhrəmanı məzarı başında anıblar. Əliyar Əliyevin məzarını ziyarət edənlər arasında Qazyan kənd məktəbində müəllim, “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti rayon şöbəsinin məşqçisi vəzifəsində çalışarkən tələbəsi olmuş general-mayor Mayis Bərxudarov da olub.

Mərasimdə bildirilib ki, Əliyar Əliyev və onun kimi digər şəhidlərin qanı yerdə qalmayıb, tələbələri, döyüş yoldaşları onun və Birinci Qarabağ müharibəsində şəhid olmuş igidlərin qisasını düşməndən alıb, torpaqlarımızı işğaldan azad edib.

Əliyar Əliyevin döyüş yoldaşları bildirib ki, bu gün onlar üçün həyatlarının ən əlamətdar günlərindən biridir. Onlara Qubadlıda şəhid olmuş döyüş yoldaşlarının məzarını 30 ildən sonra ziyarət etmək nəsib olub.

Əliyar Əliyevin silahdaşları Milli Qəhrəman haqqında xatirələrini bölüşüblər.

Bildirilib ki, Əliyar Əliyev öz tələbələri, döyüşçü yoldaşları ilə birgə Qubadlının müdafiəsini təşkil edib.

Xocalı hadisəsindən bir müddət sonra əməliyyat planı hazırlanıb, Gorus və Şurnuxu əməliyyatı keçirilib. Gorus əməliyyatı zamanı düşmənə vurulan ağır zərbədən sonra Ermənistanda 3 günlük matəm elan olunub.

Şurnuxu əməliyyatı zamanı isə Qafan-Gorus yolu nəzarətə götürülüb, ermənilərin Şurnuxu kəndində yerləşən hərbi bazası darmadağın edilib, “Daşnaksütyun”un bu kənddə yerləşən taboru zərərsizləşdirilib, tabor komandiri və aktiv döyüşçülər məhv edilib, onların meyitləri bir qrup azərbaycanlı əsirlə dəyişdirilib.

Qeyd olunub ki, bu gün Əliyarın ruhu şaddır, qanı yerdə qalmayıb, tələbələri, döyüş yoldaşları bu gün onun məzarını ziyarət edirlər.

Ziyarətçilər Əliyar Əliyevin və Əlisadət Ağayevin məzarı önünə əklil qoyub, qəbri üstünə güllər düzüblər.


30 Noy 2022
Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi Macarıstana səfər edib

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edib.

30 Noy 2022
Cəmiyyət

Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkalarının keçiriləcəyi vaxt məlum olub

3-4 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək. Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.

30 Noy 2022
Cəmiyyət

Şəhid ailələri və qazilər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə çatdırılıb. 54 fərdi evin tikintisinin isə tamamlanmaqda olduğu bildirilib.

30 Noy 2022
Cəmiyyət

Sumqayıt Kimya Sənaye Parkında Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib

Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko və 40-a yaxın şirkətin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

30 Noy 2022
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.