2 yaşlı Nərgizin yaşaması üçün lazım olan puldan 5 min manat əskik qalıb - FOTO

2 yaşlı Nərgizin yaşaması üçün lazım olan puldan 5 min manat əskik qalıb - FOTO
05 Okt 2022 11:03


2 yaşlı Abdullazadə Nərgiz Tofiq qızı təcili əməliyyat olunmalıdır.

Bu barədə realpress.az-a onun valideyni Qazıyeva Nabat Natiq qızı məlumat verib.

O qeyd edib ki, övladı 1 yaş 4 aylıq olarkən başında 3-cü dərəcəli maye aşkarlanıb:

“Qızımın başının sol arxa tərəfində qatı maye aşkarlanıb. Həkimlər bildirirlər ki, o, təcili əməliyyat olunmalıdır, yoxsa çox yaşamayacaq. Qeyd edim ki, Nərgiz mənim tək övladımdır. Mən yenidən ana ola bilməyəcəm. Onu itirmək mənim üçün ən böyük fəlakət olar. Balamın həm də qanında leykoza meyillilik aşkarlanıb. Biz Bakıda bunun üçün də müalicə alırıq. Türkiyənin “Medical Park” xəstəxanasında Nərgizimin əməliyyat edilməsi ilə bağlı danışıq aparmışıq. Amma biz lazım olan məbləği hələ də toplaya bilməmişik. Bizə 8 min manat pul lazım idi. Onun 3 min manatını toplamışıq. 5 min manat əskiyimiz var. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 055 526 91 09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Nərgizin valideyni Qaziyeva Nabat ilə əlaqə saxlanılıb:

“Valideynin verdiyi məlumata əsasən, övladına Milli Onkologiya Mərkəzində beyin kistası xoşxassəli törəmə diaqnozu qoyulub. Nəzərinizə çatdırmaq istərdik ki, “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, onkoloji xəstəliklərin müayinə və müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həyata keçirilir.

Bu baxımdan vətəndaşa Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilsə də, vətəndaş cərrahi əməliyyatın icrasının yalnız Türkiyə Respublikasında mümkünlüyünü qeyd edib”.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.