Fərid Qayıbov: “Qarabağ” və milli komanda bizi sevindirdi”

Fərid Qayıbov: “Qarabağ” və milli komanda bizi sevindirdi”
05 Okt 2022 13:59


“Sentyabr futbol azarkeşlərimiz üçün də sevindirici oldu”.

bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.

O, “Qarabağ”ın və milli komandanın qələbə qazandığını xatırladıb:

“Əvvəlcə “Qarabağ” UEFA Avropa Liqasının qrup oyununda Fransanın “Nant” klubuna 3:0 hesabı ilə qalib gəldi. Ardınca yığma komandamızın Millətlər Liqasında əvvəlcə Slovakiyada əzmkar qələbəsi, sonra isə Bakıda Qazaxıstanı məğlub etməsi bizi sevindirdi”.

Nazir şahmat üzrə Avropa çempionatında müvafiq olaraq gümüş və bürünc medal qazanan Günay Məmmədzadə ilə Ülviyyə Fətəliyevanın tarixi uğura imza atdıqlarını bildirib:

“Çünki indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur”.

F.Qayıbov həmçinin Azərbaycan gimnastika tarixində də yeni səhifə açıldığını diqqətə çatdırıb:

“Qrup hərəkətlərində komandamız dünya çempionatında ilk dəfə bürünc medal qazandı. Cüdo üzrə gənclərdən ibarət komandamız da Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal əldə etdi”.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.