Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB + FOTO
05 Okt 2022 14:06


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.

 dövlətimizin başçısı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu bildirib.

Bu ilin martında xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb. Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayan Maimuna Mohd Şərif Prezident İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı çıxışını məmnunluqla xatırlayıb, UN-HABITAT-ın Nyu-Yorkda keçirilən toplantısında, həmçinin Katovitse dəki tədbirdə Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib. O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə edib, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğulayıb. O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanın UN-HABITAT-la əməkdaşlığı bundan sonra da genişləndirəcəyini və Proqramın fəaliyyətinə dəstək göstərəcəyini bildirib. Dövlətimizin başçısı Milli Şəhərsalma Forumunun ölkəmizdə illik əsasda keçiriləcəyini qeyd edib.

Sonda qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlətimizin başçısına təqdim edib.

13:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.


29 Noy 2022
Siyasət

Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir.

29 Noy 2022
Siyasət

Şahin Mustafayev: “Tatarıstan Azərbaycanın 10 əsas ticarət tərəfdaşından biridir”

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Bakıya səfəri çərçivəsində Azərbaycan-Tatarıstan biznes forumunda iştirak edib.

29 Noy 2022
Siyasət

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin növbəti iclası dekabrın 2-də keçiriləcək.

29 Noy 2022
Siyasət

Azərbaycan və Əlcəzair arasında neft-qaz sahəsində əməkdaşlıq sənədi imzalanıb (FOTO)

Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşüb. 

29 Noy 2022
Siyasət

Fransada yaşayan azərbaycanlı tədqiqatçılar Şuşadan sonra Füzulidə olublar (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycana səfərləri çərçivəsində Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri işğaldan azad edilmiş Şuşa şəhərindən sonra Füzuli şəhərində olublar.