Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
05 Okt 2022 14:33


5 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Nazirlikdən bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Baba Salayev ali təhsil ocağının pedaqoji heyətini əlamətdar gün münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin nüfuzundan söz açan B.Salayev bildirib ki, müəllim hər şeydən əvvəl savad və dünyagörüşü ilə böyük bir nəsil tərbiyə edir. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan B.Salayev müəllim əməyinin əhəmiyyətindən danışıb, möhtərəm Prezident İlham Əliyevin də ulu öndərin müdrik siyasətini davam etdirərək təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Akademiyanın Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının baş müəllimi baş leytenant Aysel Süleymanova Beynəlxalq Müəllimlər Günü ilə bağlı çıxış edib, bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Sonra bir qrup professor və müəllim təhsil sahəsində uğurlu fəaliyyətlərinə görə Beynəlxalq Müəllimlər Günü münasibətilə FHN-in Akademiyasının rəhbərliyi tərəfindən fəxri fərman ilə təltif olunub.

Sonda Akademiyada işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi olub. Gənc müəllimlər Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli surətdə and içib və andiçmənin yazılı mətnini imzalayıblar.


2 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun baş direktoru ilə görüşüblər - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

2 Okt 2023
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

2 Okt 2023
Siyasət

Azərbaycan Qazaxıstanla hərbi təlimlərə başlayır - FOTO

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimi keçirilir.

2 Okt 2023
Siyasət

İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

2 Okt 2023
Siyasət

Azərbaycan Prezidenti: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”

“Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəmiz çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”.