Əfqanıstanın paytaxtı Kabildə məscidin daxilində güclü partlayış törədilib.
Qeyd olunur ki, partlayış baş verən ərazi “Taliban”ın Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın bir neçə metrliyindədir.
Hələlik ölənlər barədə məlumat verilməsə də, ərazidən çəkilmiş fotolardan bir neçə şəxsin həyatını itirdiyi məlum olur.
Mənbə: Sputnik Əfqanıstan
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.