Azərbaycan mina təmizlənməsinə dair illik planı artıracaq - RƏQƏMLƏR

Azərbaycan mina təmizlənməsinə dair illik planı artıracaq - RƏQƏMLƏR
05 Okt 2022 15:57


“Ermənistan bir neçə dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə basdırılan minaların xəritələrini təqdim edib. Amma onların dəqiqliyi 25 faizdir, yerdə qalan 75 faiz isə istifadəyə yararsızdır”.

realpress.az-ın məlumatına əsasən, bunu ANAMA-nın direktor müavini Samir Poladov Ağdamda keçirilən Milli Şəhərsalma Forumunun panel müzakirələrində çıxış edərkən deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 390 709 ədəd piyada və tank əleyhinə minalar, partlamamış sursatlarla bağlı məlumat var. Qurum rəsmisi qeyd edib ki, indiyədək 54 841 hektar ərazi minalardan təmizlənib.

“2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plana əsasən, 40 000 hektar ərazi minalardan təmizlənməlidir”, - deyə o əlavə edib.

Samir Poladov bildirib ki, Azərbaycan minalardan təmizlənmə prosesində illik planı inkişaf etdirmək niyyətindədir.

“Biz hədəfləyirik ki, işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənəcək əraziləri bir il ərzində 65 min hektara çatdıraq”, - deyə o əlavə edib.


2 Okt 2023
Cəmiyyət

DTX Türkiyə və Pakistana başsağlığı verib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib.

2 Okt 2023
Cəmiyyət

Xankəndidə Azərbaycan radio-televiziya yayımı təmin olunub

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.

2 Okt 2023
Cəmiyyət

Zəngilan Konqres Mərkəzinin tikilmə anları - VİDEO

Oxçuçayın sahilində inşa olunan Zəngilan Konqres Mərkəzinin tikilmə anları nümayiş olunub.

2 Okt 2023
Cəmiyyət

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Oktyabrın 2-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

2 Okt 2023
Cəmiyyət

Şəhid olan Azərbaycan çempionunun anım günüdür

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının anım günüdür.