“Təmir işləri zamanı sirkin zalının döşəmələri tamamilə yenilənib”.
Bu sözləri realpress.az-a açıqlamasında Bakı Dövlət Sirkinin direktor müavini Nahid Ağayev deyib.
Onun sözlərinə görə, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub:
“Heyvanların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub”.
N.Ağayev qeyd edib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə aparılacaq.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Türkiyə və Pakistana başsağlığı verib.
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.
Oxçuçayın sahilində inşa olunan Zəngilan Konqres Mərkəzinin tikilmə anları nümayiş olunub.