8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var - FOTO

8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var - FOTO
23 Noy 2022 12:39

8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var.

Bu barədə Aytən Qurbanovanın anası Gədəbəy rayon sakini Yusifova Ülviyyə müraciət edib. O bildirib ki, 8 yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir:

“Həmçinin Belində Lordoz xəstəliyi var. Ayaqlarının birində qısalma var. Təcili əməliyyat olunmalıdır. Əməliyyat Bakıda özəl klinikalardan birində aparılacaq. Hazırda Aytənin vəziyyəti çox pisdir. Belindəki əyilmə artıq ona oturmağa imkan vermir. Həkimlər deyir ki, əməliyyat olunmasa, 13-14 yaşından sonra yeriyə bilməyəcək. Bu xəstəliyə görə gələcəkdə Aytənin daxili orqanlarında problem yarana bilər. Əsas problem də odur ki, əməliyyat olunmasa, Aytən gələcəkdə ana ola bilməyəcək”.

Ü.Yusifovanın sözlərinə görə, artıq qızı Aytən ayağının birindən əməliyyat olunub. Digər ayağının əməliyyatı üçün 7 min manat tələb olunur:

“Dekabrın birində əməliyyat olunacaq. Bizim də vaxtımız azdır. Daha sonra edilən əməliyyatlarda həkimlər sağalmağa qarantiya vermir. Əməliyyat üçün lazım olan məbləğin bir qismi artıq toplanıb. İndi bizə əməliyyat üçün cəmi 2500 manat lazımdır. İmkanlı şəxslərdən xahiş edirəm ki, balamın sağalması üçün bizə dəstək olsunlar”,- deyə o söyləyib.

Ü.Yusifova maddi vəziyyətlərinin yaxşı olmadığını deyib:
“Həyat yoldaşım uşaq bağçasında mühafizəçi işləyir. Paralel olaraq fəhləliklə məşğul olur. 9 yaşlı oğlumun da ürəyində və gözlərində problem var. Oğlumun müalicəsi üçün kredit götürmüşdük deyə, yoldaşımın maaşının yarısı kreditə çıxır. Qalan pul da gündəlik dolanışığımıza və kommunal xərclərə güclə çatır. 

Yardım etmək istəyənlər üçün bank hesabı- KapitalBank:4169 7377 0901 3573

Qeyd edək ki, A.Qurbanovanın ailəsi daha əvvəl də yardım üçün saytımıza müraciət etmişdi. Lazım olan məbləğ tam toplanmadığından azyaşlı yalnız bir ayağından əməliyyat olunub.





 

2 Dek 2022
Cəmiyyət

Dağlıq ərazilərdə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

2 Dek 2022
Cəmiyyət

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

2 Dek 2022
Cəmiyyət

Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi ilə görüşüb - YENİLƏNİB + FOTO

2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb. 

2 Dek 2022
Cəmiyyət

Ceyhun Bayramovun ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO

2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt ilə görüşüb.

2 Dek 2022
Cəmiyyət

Fikrət Məmmədov Gürcüstanın ədliyyə nazirinə medal təqdim etdi - FOTO

Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkələr arasında hüquq münasibətlərinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.