Prezident: “Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır”

Prezident: “Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır”
23 Noy 2022 17:07

“Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi”.

 bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bütün aparıcı beynəlxalq təşkilatlar - BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır.

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində, bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


2 Dek 2022
Siyasət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.

2 Dek 2022
Siyasət

Azərbaycanda MMC-yə 2 milyon manata yaxın güzəştli kredit verilib - Nazir AÇIQLADI + FOTO

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən “ATA PACK” MMC-yə etiket və qida qablaşdırma məhsullarının istehsalı üçün 1 milyon 950 min manat güzəştli kredit ayrılıb”.

2 Dek 2022
Siyasət

İlham Əliyev Oğuz rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonuna səfər edib.

2 Dek 2022
Siyasət

Hikmət Hacıyev ADA-da 17 ölkədən gələn diplomat, ekspert və akademik qarşısında çıxış edib - FOTO

“17 ölkədən olan 28 diplomat, ekspert və akademikin iştirak etdiyi paneldə çıxış etməkdən məmnunam”.

2 Dek 2022
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Yuxarı Baş” qoruğunda aparılan təmir-bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.