“Biz görəndə ki, münaqişənin həlli ilə bağlı bütün səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi bizə bu imkanı verirdi”.
bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında söyləyib.
Dövlətimizin başçısı deyib ki, özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir:
“Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi arxiyepiskopu Castin Velbini qəbul edib.
Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Bilim Bakı" mərkəzini ziyarət edib.
Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Teymur Həşim oğlu Kərimli “Şöhrət” ordeni ilə təltif edilib.
İqtisadiyyat Nazirliyində Türkiyənin sənaye və texnologiya naziri ilə keçirilən görüşdə türk iş adamlarının Azərbaycanda yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması məsələləri müzakirə edilib.