Xarici ölkələrin hərbi attaşeləri Sarıbaba yüksəkliyində mina sahələrinə baş çəkiblər - YENİLƏNİB + FOTO

Xarici ölkələrin hərbi attaşeləri Sarıbaba yüksəkliyində mina sahələrinə baş çəkiblər - YENİLƏNİB + FOTO
24 Noy 2022 14:49

 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.

 Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri hərbi attaşeləri və jurnalistləri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar barədə məlumatlandırıblar.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələri ərazidə aparılan minatəmizləmə tədbirləri tanış olublar.

 

11:40

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkəcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.