Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilib
24 Noy 2022 17:19

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 55-ci və Baş Assambleyanın 25-ci sessiyaları keçirilib. Sessiyalarda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İcraiyyə Şurasının 22-23 noyabr tarixlərində keçirilən 55-ci sessiyasında Təşkilatın Baş katibi Mariatu Yap BMMT-nin Baş Assambleyasının 24-cü sessiyasında qəbul edilmiş Fəaliyyət Proqramına uyğun olaraq, İcraiyyə Şurasının 54-cü sessiyasından sonra BMMT və onun Daimi Katibliyi tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən üzv ölkələrə göstərilmiş maliyyə dəstəyi barədə hesabat təqdim edib. Bundan əlavə, sessiya zamanı BMMT-nin Elmi-Tədris Komitəsinin daxili reqlamenti və təşkilati strukturu təsdiq edilib, 2023-cü il üçün tədris planı layihəsi üzv ölkələrə təqdim edilib.

FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli sessiyada çıxış edərək Fövqəladə Hallar Nazirliyinin Akademiyasının tədris və maddi-texniki bazasının gücləndirilməsi işində müvafiq layihə çərçivəsində göstərilmiş texniki dəstəyə görə BMMT-nin Baş katibi Mariatu Yapa təşəkkürünü bildirib, gələcəkdə BMMT-nin xətti ilə Akademiyada regional və beynəlxalq təlimlərin, seminar və treninqlərin keçirilməsi üçün əlverişli imkanların mövcudluğu barədə sessiya iştirakçılarına ətraflı məlumat verib.

Bundan əlavə, 24 noyabr tarixində keçirilən Baş Assambleyanın 25-ci sessiyasında hesabat dövründə Təşkilatın və onun Daimi Katibliyinin fəaliyyəti, habelə Vanuatunun BMMT-yə yeni üzv ölkə qismində qoşulması barədə sessiya iştirakçılarına məlumat verilib. Eyni zamanda, Baş katib tərəfindən BMMT-nin 2022-ci ildə xərclər və gəlirlər cədvəli, İcraiyyə Şurası tərəfindən təsdiq edilmiş Təşkilatın yeni büdcəsi, o cümlədən üzv ölkələrin üzvlük haqları barədə məlumatlar da iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, sessiya çərçivəsində Təşkilatın Təlim Komitəsinin Daxili Nizamnaməsi və təşkilati strukturu təsdiq edilib, 2023-cü il üçün təlim planının layihəsi üzv ölkələrin nümayəndələrinə təqdim edilib.

Sessiyanın sonunda BMTT-nin İcraiyyə Şurasına üzvlük məsələsi üzrə fikir mübadiləsi aparılıb, Şuranın yeni tərkibi müəyyən olunub. Beləliklə, Azərbaycan 2022-2026-cı illər üzrə BMMT-nin İcraiyyə Şurasına yenidən üzv seçilib. Bundan başqa, sessiyada Baş Assambleyanın Prezidenti və vitse-prezidenti vəzifələrinə də seçkilər keçirilib.


2 Dek 2022
Cəmiyyət

Dağlıq ərazilərdə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

2 Dek 2022
Cəmiyyət

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

2 Dek 2022
Cəmiyyət

Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi ilə görüşüb - YENİLƏNİB + FOTO

2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb. 

2 Dek 2022
Cəmiyyət

Ceyhun Bayramovun ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO

2 dekabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt ilə görüşüb.

2 Dek 2022
Cəmiyyət

Fikrət Məmmədov Gürcüstanın ədliyyə nazirinə medal təqdim etdi - FOTO

Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkələr arasında hüquq münasibətlərinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.