Azərbaycan və Əlcəzair arasında neft-qaz sahəsində əməkdaşlıq sənədi imzalanıb (FOTO)

Azərbaycan və Əlcəzair arasında neft-qaz sahəsində əməkdaşlıq sənədi imzalanıb (FOTO)
29 Noy 2022 16:16

Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşüb. Görüşdə neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin “Sonatrach” və “Sonelgaz ”şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında oxşarlıqların, neft sahəsində tarixən mövcud əlaqələrin enerji sahəsində əməkdaşlığın yeni mərhələdə inkişafı üçün platforma olduğu qeyd edilib.

Energetika nazir Pərviz Şahbazov deyib ki, zəngin karbohidrogen ehtiyatlarına malik, mühüm qaz təchizatçıları olan Azərbaycanla Əlcəzair arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün enerji sahəsində geniş potensial var: “Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və karbohidrogen sahəsində zəngin təcrübə enerji əməkdaşlığının əhatə dairəsinin genişləndirməsini, qarşılıqlı fəaliyyətin gücləndirilməsini aktuallaşdırır.”

Görüşdə Azərbaycanla Əlcəzairin qlobal neft bazarının balanslaşdırılması məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlığından bəhs edilib. Hər iki ölkənin neft-qaz, eləcə də bərpa olunan enerji, enerji keçidi üzrə həyata keçirdiyi fəaliyyət və planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.Sonra neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft - kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəd, həmçinin Azeri Light və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft - qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov və “Neftqazelmitədqiqatlayihə” İstitutunun direktoru Fəxrəddin İsmayılov da iştirak edir.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.