Azərbaycan bir neçə il sonra Avropa qaz bazarındakı payını artıra biləcək

Azərbaycan bir neçə il sonra Avropa qaz bazarındakı payını artıra biləcək
02 Dek 2022 11:29

Bir neçə il sonra Azərbaycan Avropa qaz bazarındakı payını 2 faizdən 10-15 faizədək artıra biləcək.

bunu cümə günü Trend-ə Rumıniyanın SMARTLINK COMMUNICATIONS konsaltinq şirkətinin baş direktoru, qlobal analitik, məsləhətçi və tədqiqatçı Radu Maqdin deyib.

"Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə qazın Balkan ölkələri və Şərqi Avropaya çatdırılmasını sürətləndirmək üçün bu ölkələrin ərazisində boru kəmərlərinin genişləndirilməsi və ötürücülük qabiliyyətinin artırılması üçün interkonnektorların tikintisi lazımdır. Bunun üçün əlavə maliyyə vasitələrinə ehtiyac var", - deyə o bildirib.

R.Maqdin qeyd edib ki, Cənub-Şərqi Avropa ölkələrinin Rusiya qazının tədarükündə fasilələrə qarşı xüsusi iqtisadi, sosial və siyasi zəifliyi var.

"CQD bu ölkələrin həssaslığının azaldılmasına daha çox töhfə verə bilər", - deyə analitik əlavə edib.

O qeyd edib ki, Azərbaycan Aİ-nin REPowerEU planının həyata keçirilməsində xüsusi rol oynayır.

"Avropa Komissiyasının 2022-ci il mayın 18-də qəbul etdiyi bu plan Rusiyanın qalıq yanacaqlarından asılılığını 40 faiz azaltmağa və Avropanın enerji təchizatının diversifikasiyasına yönəlib. Bu il Azərbaycanın Avropaya 12 milyard kubmetrədək qaz tədarük edəcəyi gözlənilir. CQD-nin genişləndirilməsi bir neçə ildən sonra Avropaya tədarükün həcmini ildə təxminən 20 milyard kubmetrə qədər artırmağa imkan verəcək. Mövcud boru kəmərlərinin genişləndirilməsi və yenilərinin tikintisi regiona qaz tədarükünün artırılması üçün əsas məsələ olaraq qalır. Bu, regiona qaz tədarükünün artırılmasına çağırışdır. Ona görə də Avropa və Azərbaycanın qarşısında enerji əməkdaşlığı çərçivəsində görüləcək çox iş var", - deyə R.Maqdin bildirib.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.