Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT
02 Dek 2022 16:02

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

Qeyd edək ki, O.Süleymanlı peşəkar karyerası dövründə daha çox Əkbər İsmayılovla birgə çalışıb. 2019-cu ildə Ə.İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edildikdən bir ay sonra Oktay Süleymanlı da Binəqədi RPİ-dəki müavin postundan çıxarılaraq Gəncənin rəis müavini təyin edilib. Həmin zaman O.Süleymanlı həm də "Gəncə hadisələri”ndə şəhid olan polis polkovniki İlqar Balakişiyevi əvəz edib.

Növbəti təyinat zamanı Əkbər İsmayılov 2020-ci il noyabr ayında Gəncədəki vəzifəsindən azad edilərək Bakı polisinə rəis təyin edilib. Bundan bir ay sonra, dekabr ayında Oktay Süleymanlı da Gəncə polisindəki müavin vəzifəsindən çıxarılıb və Bakının Qaradağ Rayon Polis İdarəsində eyni vəzifəyə yeri dəyişdirilib.

Fotoda: Əkbər İsmayılov

Fotoda: Oktay Süleymanlı


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.