Bakıda ticarət mərkəzlərində oyuncaqların toplanması üçün əlavə ianə qutuları istifadəyə verilib - FOTO

Bakıda ticarət mərkəzlərində oyuncaqların toplanması üçün əlavə ianə qutuları istifadəyə verilib - FOTO
24 Yan 2023 11:54

IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib. Belə ki, “Gənclik Mall” ticarət mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular “28 Mall” və “Dəniz Mall” ticarət mərkəzlərində də istifadəyə verilib. 

Qeyd edilməlidir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək. 

Sözügedən qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. Bu cür təkrar istifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanacaq. 

Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir. 

Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır. 

Bu xüsusda, IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə, IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.

 


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.