Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən yeddi nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.
Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.