“Ölkələrimizin mühüm dostluğu indi yox, çoxdan başlayıb. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə söyləyib.
Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına Azərbaycan Prezidentinin verdiyi dəstəyi yüksək dəyərləndirən Baş nazir deyib:
“Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”.
Səfərə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Viktor Orban iki ölkə arasında təşəkkül tapmış dərin əməkdaşlığı yüksək dəyərləndirib və bunun gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.