Macarıstanın Baş naziri: “Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik”

Macarıstanın Baş naziri: “Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik”
31 Yan 2023 09:58

“Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçəcək. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.

Macarıstanın həll yolunun tərkib hissəsi olacağını vurğulayan Baş nazir deyib:

“Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək”.

Prezident İlham Əliyevlə bu yaxınlarda Buxarestdə növbəti saziş imzaladıqlarını xatırladan Viktor Orban qeyd edib ki, bununla da Qara dənizin dibi ilə çəkiləcək elektrik enerjisi kabeli Azərbaycanın yaşıl enerjisini Avropaya gətirəcək.


24 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.

24 Mar 2023
Siyasət

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

24 Mar 2023
Siyasət

Misir prezidenti İlham Əliyevə zəng vurub

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

24 Mar 2023
Siyasət

Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.