Serebral iflicdən əziyyət çəkən Ömərin anası: “Müalicə olmayanda ağrıları daha da artır” - FOTO

Serebral iflicdən əziyyət çəkən Ömərin anası: “Müalicə olmayanda ağrıları daha da artır” - FOTO
01 Fev 2023 12:05

12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nərminə Əzizova müraciət edib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr də olmayanda Ömərin ağrıları daha da artır, əziyyət çəkir. Hazırda aptekə 800 manat borcumuz var, aylıq müalicə üçün isə 200-300 manat lazım olur”.

Nərminə Əzizova bildirib ki, Ömərə həm də pnevmoniya diaqnozu qoyulub.

“Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Bütün qış boyu evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda belə xəstələnir. Ömərin vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, ailəmizdə tək işləyən yoldaşımdır. Yardımsevər şəxslərdən mənim balama dəstək olmaqlarını xahiş edirəm”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Pirəliyev Ömər Zaur oğlu ilə bağlı müraciət araşdırılıb. Valideyn övladının serebral iflic xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək köməklik göstərilməsini xahiş edib. Valideyinə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətdən yararlanmaq üçün köməklik göstəriləcəyi bildirilib.

Ailə ilə əlaqə: 051 373 24 47



18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.