İlham Əliyev Tehrandakı səfirliyimizə edilən terror aktı barədə: “Hərtərəfli şəkildə araşdırılır”

İlham Əliyev Tehrandakı səfirliyimizə edilən terror aktı barədə: “Hərtərəfli şəkildə araşdırılır”
01 Fev 2023 13:43

Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən yanvarın 27-də İrandakı səfirliyimizə edilən terror hücumundan danışıb. 

Oxu.Az xəbər verir ki, İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb. 

Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. 

Prezident İlham Əliyev vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Qeyd edək ki, Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.


24 Mar 2023
Siyasət

Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”

“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.

24 Mar 2023
Siyasət

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO/VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

24 Mar 2023
Siyasət

Misir prezidenti İlham Əliyevə zəng vurub

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

24 Mar 2023
Siyasət

Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.