“Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf edir. Qardaş ölkənin təhsil nazirinin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün Azərbaycana səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib.
Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını deyib.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.