Əhmədbəyli-Füzuli-Şuşa yolunda üç viaduk və üç tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb - FOTO

Əhmədbəyli-Füzuli-Şuşa yolunda üç viaduk və üç tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb - FOTO
02 Fev 2023 15:56

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Oxu.Az xəbər verir ki, layihə üzrə yolun son yeddi kilometrlik hissəsində üç viaduk (dərə üzərində körpü) və üç tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlama işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Sözügedən üç viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78,7-79,7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol - 300 m, sağ - 390 m), V7 viadukun ortalama uzunluğu 182,5 metr (sol - 175 m, sağ - 190 m), V8 viadukun ortalama uzunluğu 392,5 metrdir (sol - 410 m, sağ - 375 m).

Tikintisi yekunlaşan üç tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77,4-80,3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol - 570 m, sağ - 510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol - 431 m, sağ - 476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol - 526 m, sağ - 500 m).

Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü dörd dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, bir altkeçid və üç ehtiyat keçidi inşa edilib.

“İnşaat norma və qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlılığının saxlanılması üçün ümumi uzunluğu 6 150 metr olan daş və geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12 210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

 


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.