Dövlət Dəniz və Liman Agentliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Dövlət Dəniz və Liman Agentliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
02 Fev 2023 16:58

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin əməkdaşları, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə məsul qurum olan “Qazaxıstan su yolları” dövlət müəssisəsinin rəhbərliyi ilə görüşüb.

Görüş zamanı son illər iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq və dəniz nəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında danışılıb. Gələcəkdə sözügedən marşrut üzrə atıla biləcək addımlar barədə müzakirələr aparılıb.

Görüşdə dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması, dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair məsələlər də müzakirə predmeti olub.

Bununla yanaşı, dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu layihəsinin hazırlanması istiqamətində işlərin başlanılmasına dair razılıq əldə edilib.

Qonaqlar axtarış-xilasetmə tədbirləri və gəmilərin hərəkətinin idarə olunması sistemi ilə bağlı Azərbaycan Respublikasının təcrübəsindən yararlanmaq istədiklərini ifadə ediblər.

Sonda Qazaxıstanın nümayəndə heyəti Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bundan əlavə, Qazaxıstanın nümayəndə heyəti səfər çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində də olublar.

 


24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.