Azərbaycan və Rumıniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan və Rumıniya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
03 Fev 2023 09:06

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Cənab Prezident, hörmətli Rumıniya nümayəndə heyətinin üzvləri.

Bir daha Azərbaycana xoş gəlmisiniz.

Biz indicə cənab Prezidentlə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr apardıq və bir daha əlaqələrimizin strateji əhəmiyyətini təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik. Mənim Buxarestə səfərimlə bağlı yaxşı xatirələrim var və sözsüz ki, Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda, biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.

Birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək. Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək.

Cənab Prezident və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Ölkəmizə səfərinizə görə təşəkkür edirəm. Sizi Azərbaycanda qarşılamaq böyük şərəfdir. Əminəm ki, səfər bizim gələcək əməkdaşlıq planlarımız üçün çox əhəmiyyətli olacaq. Bir daha xoş gəlmisiniz.

Rumıniya Prezident Klaus Yohannis deyib:

- Çox sağ olun cənab Prezident.

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Həqiqətən bizim demək olar ki, uzun müzakirəmiz oldu. Lakin hesab edirəm ki, bu, mütləq şəkildə zəruri idi.

Çünki hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik. Müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apardıq və mediaya təşəkkürümüzü bildirdikdən sonra mən bu məsələlərin bəzilərini daha dərindən nəzərdən keçirə biləcəyəm.

Heyətlərimizlə müzakirə etmək istədiyimiz iki və ya üç təfərrüatı nəzərdə tuturam.

18:52

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb. 

 


18 Mar 2023
Siyasət

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

18 Mar 2023
Siyasət

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

18 Mar 2023
Siyasət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.

18 Mar 2023
Siyasət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir.

18 Mar 2023
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.