Prezident: “Rumıniya ilə ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq”

Prezident: “Rumıniya ilə ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq”
03 Fev 2023 09:16

“Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələlik istədiyimizə uyğun deyil”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında deyib.

“Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”, - deyə dövlətimizin başçısı qeyd edib.


18 Mar 2023
Siyasət

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

18 Mar 2023
Siyasət

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

18 Mar 2023
Siyasət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.

18 Mar 2023
Siyasət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir.

18 Mar 2023
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.