“Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və Azərbaycan Prezidenti Buxarestə səfər etdi. Həmin səfər zamanı biz Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib.
Klaus Yohannis Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına, enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazır olduğunu deyib.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.