Rayonlara qar yağır - FAKTİKİ HAVA

Rayonlara qar yağır - FAKTİKİ HAVA
03 Fev 2023 11:02

Fevralın 3-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı: İsmayıllı, Şamaxı, Qaxda 13 mm, Ağsu, Xaltanda 12 mm, Altıağacda 11 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10 mm, Ağdərə, Qobustanda 9 mm, Zaqatalada 8 mm, Oğuzda 7 mm, digər rayonlarda 1-6 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Dağlıq və dağətəyi rayonlarda qar örtüyünün hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.

Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Külək: şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda 18 m/s-dək güclənib.

Havanın temperaturu: minimal temperatur Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvanda 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 3-6 dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 3-ü axşamadək davam edəcək, 4-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.