İki yaşlı Sevgi hidrosefaliya (beyin daxili boşluqlarda mayenin həddən artıq toplanması nəticəsində əmələ gələn və özünü müxtəlif klinik əlamətlərlə büruzə verən xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Mirzəyeva Gülsurə məlumat verib.
“Sevginin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Nə qədər müalicə etdirsək də, heç bir xeyrini görmədik. Sevgi yanvarın 7-də əməliyyat olunmalı idi, amma məbləği toplaya bilmədik deyə qaldı. Gün keçdikcə vəziyyəti daha da ağırlaşır. Əməliyyat üçün 6 000 manat lazımdır. Məbləğin 1 800 manatını qohumların, dostların köməyi ilə yığa bilsək də, geridə qalan 4 200 manatı toplaya bilmirik. Özümüz kirayədə qalırıq, evdə tək yoldaşım işləyir, mən Sevginin vəziyyətinə görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm”
Ailə ilə əlaqə: 051 391 34 45
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.