“Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir: öz fəaliyyətimizi necə quracağıq, hər bir ölkənin öhdəlikləri necə olacaq, özəl şirkətlər bura necə qoşula bilər. Bu, konsorsium - şirkətlərin konsorsiumu olacaq və yaxud hər ölkə öz ərazisində üzərinə düşən işləri icra edəcək”.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
Bu məsələlər barədə razılığın əldə olunmasının vacibliyini xüsusi qeyd edən dövlətimizin başçısı bildirib:
“Burada Azərbaycanın quruda və dənizdə bərpa olunan enerji resurslarından enerjinin alınması, həmin enerjinin Gürcüstanla sərhədə nəql edilməsi, bundan əlavə, Qara dənizin dibi ilə kabelin çəkilməsi məsələsi də durur. Ona görə biz planlarımızı müvafiq qaydada strukturlaşdırmalıyıq və baxmalıyıq ki, kim potensial qaydada investor rolunu oynaya bilər. Əlbəttə, beynəlxalq maliyyə təsisatları ilə də əməkdaşlıq qurmalıyıq”.
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.
Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.